Modern.az

Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla delimitasiya əsasnaməni YOXLAYIR

Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla delimitasiya əsasnaməni YOXLAYIR

24 Sentyabr 2024, 11:28

Ermənistanın Konstitusiya Məhkəməsi bu gün  Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyaların birgə işi haqqında əsasnamənin konstitusiyaya uyğunluğunu yoxlayır.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Ermənistanın Konstitusiya Məhkəməsi müsbət qərar verərsə, sənəd ratifikasiya üçün parlamentə göndəriləcək.

Xatırladaq ki, Azərbaycanla Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnaməni müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalayıblar.

Bu sənədə görə, İrəvan və Bakı 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq demarkasiyanı həyata keçirməyə razılaşıblar, lakin bu razılaşma yekun deyil. Reqlamentdə qeyd olunur ki, proses gələcəkdə sülh sazişi qəbul edildikdən sonra başqa prinsiplərə uyğun davam etdirilə bilər.

Sentyabrın 5-də Ermənistan hökuməti Azərbaycanla sərhəd demarkasiyası komissiyalarının birgə fəaliyyəti haqqında əsasnamənin ratifikasiyasını təsdiqləyib, bundan sonra sənəd Konstitusiya Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında sərhədlərin 13 kilometrlik hissəsi (Qazax rayonu istiqamətində-red.) demarkasiya edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı