İsrailin son bir həftə ərzindəki zərbələri “Hizbullah” hərəkatını 20 il geriyə salıb.
Modern.az xəbər verir ki, bu barədə CNN telekanalı öz mənbələrə istinadən məlumat yayıb.
İsrailin şiə hərəkatına qarşı əməliyyatlarının məcmu təsirinə toxunan mənbə "Onlar yəqin ki, 20 il geri düşüblər" deyib.
Rəsmilərin dediyinə görə, İsrail “Hizbullah”ı ciddi şəkildə zəiflədib, bir neçə yüksək səviyyəli komandiri öldürülüb və hərəkatın komanda strukturuna əhəmiyyətli dərəcədə təsir edib.
CNN-in mənbələri onu da qeyd ediblər ki, hazırda ən böyük narahatlıq İranın mümkün müdaxiləsidir.
Rəsmilərdən biri əlavə edib ki, Tehran hələ müdaxilə etməyib, lakin hərəkətə keçə bilmək ehtimalı böyükdür.