Modern.az

Peskov: Müharibə bu şərtlə başa çatacaq

Peskov: Müharibə bu şərtlə başa çatacaq

24 Sentyabr 2024, 15:06

Kreml Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya-Ukrayna müharibəsinin çoxlarının düşündüyündən də başa çatmağa yaxın olduğu barədə sözlərini şərh edib.

 

Modern.az-ın məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

 

“Bilirsiniz ki, istənilən müharibə bu və ya digər şəkildə sülhlə başa çatır. Ancaq hədəflərimizə çatmaq üçün heç bir alternativ yoxdur. Bu məqsədlərə bu və ya digər şəkildə nail olan kimi xüsusi hərbi əməliyyat başa çatacaq”, - o qeyd edib.

 

Qeyd edək ki, Zelenski Ukraynanın “qələbə planını” prezident Co Baydenə, Konqres üzvlərinə, həmçinin prezidentliyə namizədlər Kamala Harris və Donald Trampa təqdim etməyi planlaşdırır.

Sizə yeni x var
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı