Ermənistanın baş naziri Nikol Paşinyan öz tərəfdaşlarını əmin edib ki, 2026-cı ildə keçiriləcək növbəti parlament seçkilərində heç bir maneə olmadan qalib gələcəklər və yalnız texniki və təşkilati məsələlər həllini tapmalıdır.
Modern.az xəbər verir ki, bu barədə “Joğovurd” qəzeti yazıb.
“Paşinyan komandasını 2031-ci il seçkiləri haqqında düşünməyə çağırıb. Hakim “Mülki müqavilə” partiyasının üzvləri bu yaxınlarda ciddi narahatlıq keçirirlər ki, hakimiyyətləri dövründə bir sıra təhlükəsizlik problemləri fonunda reytinqləri kəskin şəkildə aşağı düşüb. Onlar düşünürlər ki, 2026-cı il seçkiləri zamanı ciddi problemlərlə üzləşə və hətta tələb olunan qədər səs toplaya bilməyəcəklər. Lakin Paşinyan onları sakitləşdirərək 2026-cı ildə hakimiyyətdə qalacaqlarını bildirib”, - qəzet qeyd edib.
Hakim “Mülki müqavilə” partiyasından olan deputat Armen Xaçatryan isə deyib ki, Paşinyanla görüşlərdə belə bir mövzu müzakirə olunmayıb.