Modern.az

Bayramovla Mirzoyan Nyu-Yorkda razılığa GƏLDİLƏR

Bayramovla Mirzoyan Nyu-Yorkda razılığa GƏLDİLƏR

26 Sentyabr 2024, 21:17

26 sentyabr 2024-cü il tarixində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Nyu Yorkda görüş keçiriblər.

 

Bu barədə Modern.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

 

Tərəflər mümkün qısa müddət ərzində Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər.

 

Azərbaycan və Ermənistan tərəfləri görüşü təşkil etdiyinə görə dövlət katibinə minnətdarlıq bildiriblər.

 

***

20:25

ABŞ dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başa çatıb.

 

Modern.az xəbər verir ki, görüş Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində baş tutub.

 

Görüş mediaya qapalı keçib.

 

***

18:40

ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilir.

 

Modern.az xəbər verir ki, görüş Nyu-Yorkda başlayıb.

 

Xəbər yenilənəcək 

Sizə yeni x var
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı