Modern.az

Ermənistanda Azərbaycanla bağlı qərar qəbul EDİLDİ

Ermənistanda Azərbaycanla bağlı qərar qəbul EDİLDİ

26 Sentyabr 2024, 21:29

Ermənistan Konstitusiya Məhkəməsi dövlət sərhədinin delimitasiyası üzrə Ermənistan və Azərbaycan komissiyalarının işi haqqında Əsasnamənin ölkə Konstitusiyasına uyğun olduğunu bildirib.

 

Modern.az xəbər verir ki, müzakirələr nəticəsində əsasnamənin əsas qanunun müddəalarını pozmadığı qeyd olunub. 

 

Məhkəmə sənədin Konstitusiyaya uyğunluğu məsələsi ilə bağlı qərarını dərc edib.

 

“Konstitusiyanın 170-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq, bu qərar qətidir və dərc edildiyi gündən qüvvəyə minir”, - qərarda deyilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı