Modern.az

"İranda da elə bir yer yoxdur ki, İsrailin ora əli çatmasın”

"İranda da elə bir yer yoxdur ki, İsrailin ora əli çatmasın”

27 Sentyabr 2024, 19:19

İran hücuma keçsə, İsrail zərbələr endirəcək.

 

Modern.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasının 79-cu sessiyasında ümumi siyasi müzakirələr zamanı deyib.

 

"Əgər bizə hücum etsəniz, biz də sizə hücum edəcəyik", - Netanyahu İran rəhbərliyinə müraciətində bildirib.

 

“Bütün Yaxın Şərqdə olduğu kimi, İranda da elə bir yer yoxdur ki, İsrailin ora əli çatmasın”, - o əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı