Modern.az

Xamenei Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırdı

Xamenei Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırdı

Dünya

28 Sentyabr 2024, 09:18

İranın Livandakı səfirliyi cümə günü İsrailin Beyrutun cənub ətraflarında sıx məskunlaşan “Hizbullah qalası” adlandırılan  yerə bir sıra intensiv zərbələr endirməsini pisləyib və Yaxın Şərqdə "təhlükəli eskalasiya" barədə xəbərdarlıq edib.

Modern.az xəbər verir ki, İran səfirliyi “X” sosial şəbəkəsində yazdığı xəbərdarlıq edib ki,  İsrail "müvafiq cəzanı alacaq.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanaani deyib ki, zərbə “müharibə cinayəti”dir və buna görə həm İsrail, həm də ABŞ məsuliyyət daşımalıdır.

Bunun fonunda İranın ali lideri Xamenei ölkənin Ali Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu