Modern.az

Livanda HƏMAS-ın lideri öldürüldü

Livanda HƏMAS-ın lideri öldürüldü

Dünya

30 Sentyabr 2024, 09:36

Fələstinin HƏMAS qruplaşmasının Livandakı lideri Fateh Şerif Əbu əl-Əmin öldürülüb.

 

Modern.az xəbər verir ki, bu barədə qruplaşmanın özü məlumat yayıb.

 

Bildirilir ki, İsrailin Livana endirdiyi zərbə nəticəsində Əbu əl-Əmin və ailə üzvləri həyatını itirib.

 

İsrail sentyabrın 28-də Beyruta zərbələr endirib və Hizbullah lideri Şeyx Həsən Nəsrullah öldürülüb. Zərbələr zamanı təşkilatın digər komandirləri, SEPAH-ın vəzifəli şəxsləri, Fələstinin Qurtuluş Xalq Cəbhəsinin üç lideri də ölüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi