UAZ SGR ("Buxanka" kimi tanınır) əsasında istehsal olunan elektromobilin qiyməti məlum olub.
Modern.az xəbər verir ki, modifikasiyanın qiyməti 2,9 milyon rubl təşkil edir.
Oxşar elektromobillərin kiçik həcmli istehsalı planlaşdırılır. "Həyat dövrü" 700 min kilometrdir. İstehsalçının zəmanəti 3 il və ya 150 min kilometrdir. Maksimal sürət 85 km/saatdır.
Bir şarjla maksimal qət edəcəyi məsafə 200 kilometrdir. 220V şəbəkədən şarj müddəti 12 saat, 380V-dən isə 4 saatdır.