Modern.az

"Hizbullah" İsrailin mərkəzini bombaladı - Yaralılar var (VİDEO)

"Hizbullah" İsrailin mərkəzini bombaladı - Yaralılar var (VİDEO)

Dünya

1 Oktyabr 2024, 13:40

İsrailin mərkəzi bölgələri raket atəşinə tutulub.

 

Modern.az-ın xəbərinə görə, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

 

Məlumata görə, raketlərdən bəziləri hava hücumundan müdafiə vasitələri tərəfindən ələ keçirilib. Qeyd olunub ki, hücum Livan ərazisindən edilib və 3-4 raket atılıb.

 

Ölkənin mərkəzində və Şaron bölgəsində partlayış səsləri eşidilib.Təl-Əviv, Kfar Saba və Raanana şəhərlərində xəbərdarlıq siqnalları səslənib.

 

Raket hücumu nəticəsində iki nəfər yaralanıb. Təcili yardım xidməti bildirir ki, 54 yaşlı avtobus sürücüsünün vəziyyəti ağırdır, 31 yaşlı başqa bir sürücü isə yüngül xəsarət alıb.

 

Livandakı "Hizbullah" qruplaşması İsrailin mərkəzinə atılan raketlərə görə məsuliyyəti öz üzərinə götürüb. Qruplaşma bildirir, İsrail ordusunun 8200-cü bölməsi və Mossad qərargahının yerləşdiyi Qlilot bazasına “Fadi-4” raketləri atılıb.

 

Qeyd edək ki, İsrail ötən gecə Livanda hərbi əməliyyatlara başlayıb.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi