Modern.az

ABŞ-ın rekordçu eks-prezidenti 100 yaşını qeyd edir

ABŞ-ın rekordçu eks-prezidenti 100 yaşını qeyd edir

Dünya

1 Oktyabr 2024, 17:36

ABŞ-ın 39-cu prezidenti Cimmi Karter bu gün 100 yaşını qeyd edir.

 

Modern.az xəbər verir ki, o,100 yaşına çatan ilk Amerika prezidenti olub.

 

Karter siyasətə 1950-ci illərdə Demokratlar Partiyasına qoşularaq daxil olub. 1962-ci ildə Corciya Ştat Senatına seçilib və 1971-ci ildə ştatın qubernatoru olub. 1976-cı ildə prezident seçkilərində Respublikaçı prezident Cerald Fordu üstələyərək qalib gəlib.

 

Onun prezidentliyi ilk növbədə SSRİ qoşunlarının Əfqanıstana daxil olması ilə əlaqədar SSRİ ilə münasibətlərin nəzərəçarpacaq dərəcədə pisləşməsi ilə xarakterizə olunurdu. 1980-ci ildə Moskva Olimpiadasının boykot edilməsi təşəbbüsü ilə məhz Karter administrasiyası çıxış etmişdi.

 

2023-cü ilin fevral ayından o, doğulduğu Corciya ştatının Plains şəhərində yaşayır. Karter sonuncu dəfə ötən ilin sonunda həyat yoldaşının dəfn mərasimində ictimaiyyət qarşısına çıxıb.

Whatsapp
Bizə yazın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi