Modern.az

İran İsraili bombaladı, ölənlər var - ŞOK GÖRÜNTÜLƏR 

İran İsraili bombaladı, ölənlər var - ŞOK GÖRÜNTÜLƏR 

Dünya

1 Oktyabr 2024, 21:18

İran İsrailə raket zərbələri endirməyə başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Jerusalem Post" məlumat yayıb.

 

Məlumata əsasən İsrailə doğru 400-ə yaxın raket atılıb.

 

İranın dövlət televiziyası İsrailə qarşı davam edən ballistik raket hücumunun yalnız birinci dalğa olduğunu və növbəti raundların gözlənildiyini bildirib.

 

İsrailin hava hücumundan müdafiə sistemləri bir sıra raketləri zərərsizləşdirib.

 

Hücum nəticəsində ölü və yaralıların olduğu bildirilir.

***

18:01

İran İsrailə ballistik raket zərbəsi endirməyə hazırlaşır.

 

Modern.az xəbər verir ki, bu barədə "Axios" nəşri və CNN telekanalı Ağ Evin yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.

 

Mənbə bildirib ki, kəşfiyyat zərbənin qaçılmaz olduğunu düşünür.

 

“İsraili bu hücumdan qorumaq üçün müdafiə hazırlıqlarını dəstəkləyirik”, - deyə Ağ Evin rəsmisi CNN-ə deyib.

 

İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin "İranın şər oxuna" qarşı kampaniyanın mərkəzində olduğunu bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi