İsrail ordusu İranın raket hücumu ilə bağlı açıqlama yayıb.
Modern.az-ın məlumatına görə, ordu hücumun "nəticələrinin olacağını" bildirib.
"İndiki mərhələdə İrandan əlavə təhlükələr müşahidə etmirik. Mühafizə olunan əraziləri tərk etmək mümkündür", - İsrail ordusunun sözçüsü deyib.
Açıqlamada İsrail ordusunun planlarının olduğunu vurğulanıb.
“Biz müdafiə və hücumda yüksək hazırlıq vəziyyətindəyik və İsrail vətəndaşlarını qoruyacağıq. Bu hücumun nəticələri olacaq. Planlarımız var . İstədiyimiz vaxt və yerdə hərəkət edəcəyik", - İsrail ordusunun sözçüsü bildirib.
Qeyd edək ki, İrandan İsrailə 400-ə yaxın raket atılıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib ki, İranın İsrail ərazisinə raket hücumu Hizbullahın baş katibi Həsən Nəsrullah, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə və Qüds Qüvvələrinin komandiri Abbas Nilforuşanın ölümünə cavabdır.
Cavab atəşi açılacağı təqdirdə, SEPAH bu gün həyata keçirilən hücumdan “min qat daha güclü” hücum olacağını bildirib.