Modern.az

İran İsrailə yenidən hücum etməyə hazırlaşır - VİDEO

İran İsrailə yenidən hücum etməyə hazırlaşır - VİDEO

1 Oktyabr 2024, 21:59

İranın İsrailə hücumunun ilk dalğasında raketlərin 80%-i nəzərdə tutulan hədəfləri vurub.

 

Modern.as xəbər verir ki, bu barədə “Fars News” məlumat yayıb.

 

Bildirilir ki, ikinci raket hücumları dalğası yoldadır.

 

Qeyd edək ki, İsrail ordusu bu gün axşam saatlarında İrandan İsrailə raket buraxıldığını və bütün ölkə ərazisində hava hücumu xəbərdarlığı elan edildiyini bildirib. “The Jerusalem Post”un məlumatına görə, İran 400-ə yaxın raket atıb.

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var