Modern.az

İranın hücumu nəticəsində 1 ölü, 2 yaralı var

İranın hücumu nəticəsində 1 ölü, 2 yaralı var

Dünya

1 Oktyabr 2024, 22:58

İranın raket hücumu nəticəsində İordan çayının qərb sahilində bir fələstinli ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə Fələstin mətbuatı məlumat yayıb.

 

Bildirilir ki, Nueima kəndində bir nəfər raket qəlpələrindən ölüb.

 

İsrail fövqəladə hallar xidmətlərinin yaydığı məlumata görə isə, raket hücumu nəticəsində 2 nəfər yaralanıb.

 

Qeyd edək ki, İran İsrailə 500-ə yaxın raket atıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var