Modern.az

Pezeşkian İsrailə hücumlardan danışdı: "Netanyahu bilməlidir ki..."

Pezeşkian İsrailə hücumlardan danışdı: "Netanyahu bilməlidir ki..."

Dünya

1 Oktyabr 2024, 23:20

İranın İsrailə raket zərbələri ölkənin qanuni hüquqlarına əsaslanıb.

 

Modern.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.

 

O qeyd edib ki, bu addım İranın maraqlarını və vətəndaşlarını müdafiə etmək üçün atılıb:

 

"Netanyahu bilməlidir ki, İran müharibəni qızışdıran deyil, lakin istənilən təhlükəyə qarşı qətiyyətlə dayanır. Bu, gücümüzün yalnız kiçik bir hissəsidir. İranla münaqişəyə girməyin”.

 

Qeyd edək ki, oktyabrın 1-də İran İsrailə kütləvi raket hücumu həyata keçirib

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var