Modern.az

İran “Mossad”ın qərargahını vura bilib? 

İran “Mossad”ın qərargahını vura bilib? 

Dünya

2 Oktyabr 2024, 10:33

İranın dünən həyata keçirdiyi raket hücumu nəticəsində İsrailin kəşfiyyat xidməti “Mossad”ın qərargahına ziyan dəyməyib.

Modern.az xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.


Qeyd edilib ki, “Mossad”ın qərargahına doğru onlarla raket atılıb, lakin hamısı göydə zərərsizləşdirilib.

Bundan əvvəl İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqiri bildirib ki, İran İsrail Hərbi Hava Qüvvələrinin iki bazasına və İsrail kəşfiyyat xidmətinin “Mossad”ın qərargahına hücum edib.

Oktyabrın 1-i axşam saatlarında İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ballistik və hipersəs raketləri ilə İsrailə kütləvi hücuma keçib. Yəhudi dövlətinin bütün ərazisində hava hücumu xəbərdarlığı elan edilib və əhaliyə sığınacaqlara sığınmaq əmri verilib.

SEPAH bildirib ki, raketlərin 90%-i nəzərdə tutulan hədəfləri uğurla vurub. İsrail isə bildirib ki, İran onun ərazisinə 180-ə yaxın raket atıb, əksəriyyəti zərərsizləşdirilib. İsrail ordusu İranın hücumunun ölkənin hərbi hava qüvvələrinin döyüş qabiliyyətinə zərər vermədiyini bəyan edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var