Modern.az

Mirzoyan ukraynalı həmkarı ilə müzakirələr aparıb

Mirzoyan ukraynalı həmkarı ilə müzakirələr aparıb

Dünya

2 Oktyabr 2024, 10:44

Varşava Təhlükəsizlik Forumu çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.

 

İkitərəfli gündəliyə və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

 

"Ermənistan və Ukraynanın xarici işlər nazirləri iki ölkə arasında formalaşmış siyasi dialoq və əməkdaşlığın gücləndirilməsi üzrə işi müzakirə ediblər. Bu kontekstdə Xarici İşlər Nazirlikləri arasında vaxtaşırı siyasi məsləhətləşmələrin keçirilməsinin vacibliyi xüsusilə vurğulanıb", - məlumatda deyilir.

 

Regional təhlükəsizliklə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var