Modern.az

Rusiya Qarabağda konsulluğu nə vaxt açacaq?

Rusiya Qarabağda konsulluğu nə vaxt açacaq?

2 Oktyabr 2024, 14:30

Rusiyanın Azərbaycan ərazisində yeni xarici nümayəndəliyinin açılması məsələsi hazırda siyasi müstəvidə işlənir.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin konsulluq idarəsinin rəhbəri Aleksey Klimov TASS-a müsahibəsində deyib.

Aleksey Klimov Qarabağda yeni baş konsulluğun açılıb-açılmayacağı sualına cavab verərkən bildirib:
 

“Azərbaycan tərəfi ilə müvafiq sazişlər yekunlaşdıqca, konsulluq idarəsi onlarla bağlı əməli addımların həyata keçirilməsinə qoşulacaq”.

Rusiya Federasiya Şurasının Beynəlxalq Məsələlər üzrə Komitəsinin başçısı Qriqori Karasin bir müddət öncə demişdi ki, Azərbaycanın Qarabağ bölgəsində baş konsulluq açmaq niyyətindədirlər. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var