Modern.az

İsrail Beyruta 20-yə yaxın zərbə endirib

İsrail Beyruta 20-yə yaxın zərbə endirib

Dünya

3 Oktyabr 2024, 09:30

İsrail Müdafiə Ordusu gecə Livanın paytaxtının müxtəlif ərazilərinə 20-yə yaxın hava hücumu həyata keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

 

Məlumata görə, Haret-Horeyk rayonu və Burj əl-Barajna qaçqın düşərgəsi və s. ərazilərə zərbələr endirilib. Ötən gecə Beyrutun əsasən cənub məhəllələri güclü atəşə məruz qalıb.

 

Livanın şimal-şərqindəki Əl-Hirmil şəhərinə də hava zərbəsi endirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!