Modern.az

Putin ad günündə MDB ölkələrinin başçıları ilə GÖRÜŞƏCƏK

Putin ad günündə MDB ölkələrinin başçıları ilə GÖRÜŞƏCƏK

Dünya

4 Oktyabr 2024, 16:12

Rusiya prezidenti Vladimir Putin oktyabrın 7-də - ad günündə MDB dövlət başçıları ilə görüşəcək. Prezidntin işgüzar görüşləri də planlaşdırılıb.

Modern.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

“Xüsusi heç nə olmayacaq. Prezidentin səhər saatlarında qapalı, ictimai olmayan iş görüşləri olacaq. Axşam MDB dövlət başçıları prezidentlə görüşəcək. Sizə əlavə məlumat verəcəyik”, - deyə Peskov prezidentin ad günü planları ilə bağlı sualı cavablandırıb.

Oktyabrın 7-də Putinin 72 yaşı tamam olur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək