Modern.az

Seçkilər Gürcüstana Avropa yolunu bərpa etməyə imkan verəcək - Makron

Seçkilər Gürcüstana Avropa yolunu bərpa etməyə imkan verəcək - Makron

Dünya

4 Oktyabr 2024, 12:28

"Oktyabrın 26-da keçiriləcək parlament seçkiləri Gürcüstana Avropa yolunu bərpa etməyə imkan verəcək".

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Parisdə gürcü həmkarı Salome Zurabişvili ilə görüşündən sonra bildirib.

 

“Fransa gürcü xalqının Avropa və demokratik istəklərini alqışlayır. Ümid edirik ki, oktyabrın 26-da keçiriləcək seçkilər Gürcüstana öz Avropa yolunu bərpa etməyə imkan verəcək”, - Makron feysbukda yazıb.

 

KİV-in məlumatına görə, Fransa və Gürcüstan prezidentləri arasında görüş iki saata yaxın davam edib. Zurabişvilinin mətbuat xidməti təfərrüatları açıqlamayıb, yalnız Yelisey sarayının təbrik videosunu yayıb.

 

Zurabişvilinin çıxdığı Avropa turnesinin son dayanacağı Paris olub. Bundan əvvəl prezident Berlin, Varşava və Brüsselə də səfər edib.

 

"Euronews"a müsahibəsində o, Avropayönümlü partiyaların seçkilərdə qalib gələcəyi təqdirdə, ölkənin Aİ-yə daxil olması ilə bağlı danışıqların bərpa olunacağının Avropa liderlərindən təsdiqini istədiyini bildirib.

 

2023-cü ilin sonunda Gürcüstan üzvlüyə namizəd statusu alıb, lakin iyun ayında xarici agentlər haqqında qanunun qəbulundan sonra danışıqlar dondurulub.

 

“Gürcü Arzusu” turneyə görə Zurabişvilini növbəti dəfə Konstitusiyanı pozmaqda ittiham edib. Üstəlik, baş nazir İrakli Kobaxidze onun görüşlərini “xaricdə seçki kampaniyası” kimi şərh edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək