ABŞ prezidenti Co Bayden hesab edir ki, Yaxın Şərqdə genişmiqyaslı münaqişənin qarşısını almaq olar.
Modern.az xəbər verir ki, lakin o, 100 faiz etimad elan etməkdən imtina edib.
Sentyabrın sonunda Dövlət Departamenti Amerika vətəndaşlarına “davam edən münaqişənin gözlənilməz xarakterinə görə” Livanı tərk etməyi tövsiyə edib.
“Tammiqyaslı müharibənin başlayacağını düşünmürəm. Düşünürəm ki, bundan qaça bilərik. Lakin bunun üçün daha çox iş görülməlidir”, - Bayden jurnalistlərə bildirib.
Eyni zamanda, Amerika prezidenti jurnalistin bu proqnoza nə dərəcədə arxayın olması ilə bağlı sualına cavab verməyib. Co Bayden jurnalistə yağış yağmayacağına nə qədər əmin olduğu barədə əks sual verib. O, həmçinin ABŞ-ın İsraili dəstəkləmək üçün qoşun göndərə biləcəyinə də birbaşa cavab verməyib. Amerika prezidentinin sözlərinə görə, ABŞ artıq İsrailə kömək edib və onun maraqlarını qorumağa davam edəcək.