Modern.az

"ExxonMobil" 1 milyard dollara qədər mənfəət itirə bilər

"ExxonMobil" 1 milyard dollara qədər mənfəət itirə bilər

Dünya

4 Oktyabr 2024, 16:24

"ExxonMobil" şirkəti bildirib ki, neft qiymətlərinin düşməsi səbəbindən üçüncü rübdə 1 milyard dollara qədər mənfəət itirə bilər.

 

Modern.az xəbər verir ki, rübün sonunda "Brent" markalı neftin qiyməti 17% ucuzlaşıb.

 

Rübün son günündə bir barel 71,77 dollara başa gəlib. Nəticə olaraq, "ExxonMobil" Qiymətli Kağızlar və Birja Komissiyasına müraciətində bildirib ki, emal marjaları əhəmiyyətli dərəcədə azalıb. Üçüncü rübdə istehsal mənfəətinin itirilməsi isə 600 milyon dollardan 1 milyard dollara qədər ola bilər.

 

İkinci rübün sonunda neft hasilatından əldə olunan mənfəət 7,1 milyard dollar təşkil edib ki, bu da ilin birinci rübündəki 5,7 milyard dollardan daha yaxşıdır. Eyni zamanda, ilin birinci yarısında şirkətin mənfəəti 2023-cü illə müqayisədə nəzərəçarpacaq dərəcədə aşağı olub - 17,5 milyard dollara qarşı 19,3 milyard dollar.

 

Bu, məhz neftin qiymətinin ötən ilin rekord səviyyələri ilə müqayisədə düşməsi ilə əlaqədar olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək