Modern.az

Qırğızıstan Prezidenti Rusiyaya GEDƏCƏK

Qırğızıstan Prezidenti Rusiyaya GEDƏCƏK

Dünya

6 Oktyabr 2024, 11:36

Qırğızıstan Prezidenti Sadır Japarov oktyabrın 7-8-də Rusiyanın paytaxtı Moskvaya səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə dövlət başçısının administrasiyasının xarici siyasət şöbəsinin müdiri Muratbek Azımbakiyev jurnalistlərə açıqlayıb.

 

“Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov 7-8 oktyabrda MDB Dövlət Başçıları Şurasının növbəti iclasında iştirak etmək üçün Rusiyaya səfər edəcək”, – o bildirib.

 

Onun sözlərinə görə, oktyabrın 8-də Moskvada MDB Dövlət Başçıları Şurasının növbəti iclası keçiriləcək.

 

“MDB Dövlət Başçıları Şurasının qarşıdan gələn iclasında Birlik üzvü olan dövlətlər arasında ticarət-iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsinə yönəlmiş mühüm qərarlar qəbul ediləcək”, – Azımbakiyev qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı