Modern.az

Qərb Ukraynada münaqişənin davam etməsini istəyir - Fitso

Qərb Ukraynada münaqişənin davam etməsini istəyir - Fitso

Dünya

6 Oktyabr 2024, 19:00

Qərb ölkələri Rusiyanı zəiflətmək üçün Ukraynada münaqişənin davam etməsini istəyirlər.

 

Modern.az “Pravda”ya istinadən xəbər verir ki, bu barədə Slovakiya Baş naziri Robert Fitso bildirib.

 

“Qərb Ukraynada müharibə istəyir”, – o vurğulayıb.

 

Hökumət başçısı hesab edir ki, münaqişə Qərbin dəstəyi ilə “rusları diz çökdürmək” məqsədilə davam edir.

 

Qeyd olunur ki, baş nazir tezliklə atəşkəs və sülh sazişinin bağlanmasında israr edir və vəziyyətin hərbi vasitələrlə həll edilə bilməyəcəyinə, daha da gərginləşmənin isə yalnız hər iki tərəfdən çoxsaylı qurbanlara səbəb olacağına əminliyini ifadə edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək