Modern.az

"İvanaşvili düşünür ki, Qərblə gərginlik Kremlin xoşuna gəlir"

"İvanaşvili düşünür ki, Qərblə gərginlik Kremlin xoşuna gəlir"

Dünya

14 Oktyabr 2024, 14:42

Rusiya Gürcüstanla diplomatik münasibətləri yaxşılaşdırmaqdan artıq heç bir addım atmayacaq.

Bunu Modern.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, Bidzina İvanaşivili və onun nəzarətindəki hökumət hiyləgər gediş etmək istəyir:

"Gürcüstan Parlamentinin qəbul etdiyi bəzi qərarlara görə Gürcüstan hökuməti ilə Qərb münasibətləri onsuz da gərginləşib. Hətta ABŞ gürcü rəsmilərə müəyyən sanksiyalardan da bəhs edib. Gürcüstan hökumətinin Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı ilə münasibətlərinin gərginləşməsi Rusiyada müsbət qarşılanır. İvanaşvili düşünür ki, Qərblə münasibətlərin gərginliyi Kremlin xoşuna gəlir və beləliklə rəsmi Moskva Abxaziya və Cənubi Osetiya ilə bağlı güzəştlərə gedə bilər. Təsadüfi deyil ki, o, müharibəyə görə Osetinlərdən üzr istədi və baş verənləri Saakaşvilinin cinayətləri kimi təqdim edib.Bir növ Moskvaya özlərindən əvvəlki hakimiyyətin səhvlərini başa düşdükləri barədə mesaj çatıdırılıb. Amma Rusiyanın böyük güzəştlərə gedəcəyinə inanmıram. Hansısa yumşaq addımlar Rusiya tərəfindən atıla bilər. Diplomatik münasibətlərin bərpasından artığını Rusiya etməyəcək. Abxaziya və Güney Osetyanın “müstəqillik”lərinin tanınması məsələsindən Rusiya əl çəkəsi deyil. Gürcüstanla digər sahələrdə münasibətlərin yuşalmasına bu ölkə çalışa bilər. Çünki cari ayda keçiriləcək seçkilərdə  İvanaşvilinin partiyasının qələbə çalması Qərblə münasibətlərin gərginləşmənin davamı anlamına gələcək və Rusiya ilə müəyyən yaxınlaşma olacaq. Bu yaxınlaşmanın Cənubi Osetiya və Abxaziya məsələlərinin Gürcüstanın xeyrinə dəyişəcəyini proqnozlaşdırmıram”.

 

Elxan Şahinoğlu vurğulayıb ki, Gürcüstan hərbi yolla torpaqları geri qaytara bilməz:

 

“Gürcüstan 2008-ci ildə çox böyük zərbə alıb. Biz Ermənsitanla savaşdıq. Lakin Gürcüstanın qarşısında Rusiya var. Birinci müharibədə 2 günə az qalsın Rusiya  ordusu Tiflisə gəlib çıxacaqdı. Gürcüstan hökuməti belə riskə getməz. Hətta müxalifət, yəni Saakaşvili tərəfdarları seçilsələr, onlar da buna getməycək. Ukraynanın durumu isə tamam fərqlidir. O, birbaşa Rusiyanın işğalı ilə üzləşib. Gürcüstanın hər hansı hərbi əməliyyat keçirməsi indiki şəraitdə mümkün deyil”.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?