Modern.az

Daxili orqanlarında 9 kiloqram qızıl gətirdilər - VİDEO

Daxili orqanlarında 9 kiloqram qızıl gətirdilər - VİDEO

Dünya

8 Oktyabr 2024, 17:27

Türkiyənin Qaçaqmalçılıqla Mübarizə İdarəsi İzmirdə yerləşən Adnan Menderes Hava Limanında əməliyyat keçirib.

 

Modern.az-ın məlumatına görə, əməliyyat nəticəsində Dubaydan Türkiyəyə gələn Özbəkistan vətəndaşı olan 6 qadından külli miqdarda qızıl aşkarlanıb.

 

Onlardan hər birinin çəkisi təxminən 110 qram olan 82 qızıl külçəsi, 18 oyun konsolu və nəzarətçi, 3 ədəd mobil telefon (iPhone 16) götürülüb.

 

Həmçinin qadınların daxili orqanlarından hər biri 110 qram olan 84 ədəd qızıl külçələri (təxminən 9 kiloqram) aşkarlanıb. Cərrahi əməliyyatla külçələr götürülüb. Ümumilikdə dəyəri 55 milyon lirə olan 18.5 kiloqram qızıl ələ keçirilib.

 

Qaçaqmalçılıqda iştirak edən qadınlar həbs edilib.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək