Modern.az

Süleymaninin xələfi saxlanılıb - İsrailə işləməkdə ittiham edilir

Süleymaninin xələfi saxlanılıb - İsrailə işləməkdə ittiham edilir

Dünya

11 Oktyabr 2024, 09:24

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin komandanı general İsmayıl Qaani ilə bağlı sensasion xəbərlər yayılıb.

 

Modern.az-ın məlumatına görə, ərəb və Qərb mətbuatı onun Tehranda istintaqa cəlb edildiyini yazır.

 

Bir neçə gün əvvəl Qaaninin İsrailin Beyruta endirdiyi zərbələr nəticəsində öldüyü və ya yaralandığı, onunla əlaqə qurula bilmədiyi bildirilib, lakin sonradan bu xəbər təkzib edilib.

 

"Middle East Eye" nəşrində dərc olunan məqalədə isə onun Tehranda olduğu və təhqiqata cəlb edildiyini yazıb. Onun nəzarət altında olduğu və sorğu sual edildiyi bildirilir.

 

“Sky News“un ərəb nəşri  Qasım Süleymaninin öldürülməsindən sonra SEPAH-ın Qüds Qüvvələrinə rəhbərlik edən Qaaninin İsraillə əlaqə saxlamaqda şübhəli bilindiyini yazıb.

 

Qeyd olunur ki, Qaani Hizbullah lideri Həsən Nəsrullahın öldürülməsindən iki gün sonra bir neçə SEPAH komandiri və digər şəxslərin müşayiəti ilə Livana gəlib və Nəsrullahın varisi Səfiyyədinlə görüşüb. Bu görüşdən sonra Səfiyyədinin olduğu bina bombalanıb və İsrail rəsmiləri onun öldürüldüyünü qeyd edib.

 

“Hazırda heç nə dəqiq deyil. Araşdırmalar hələ də davam edir və bütün imkanlar açıqdır", - mənbələr qeyd edir. Bildirilir ki, təhlükəsizlik pozuntusu 100% İranla əlaqəlidir, ancaq detallar araşdırılır. Qaaninin hazırda ev həbsində olduğu qeyd olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək