FETÖ terror təşkilatının lideri Fətullah Gülən ortaya çıxıb.
Modern.az xəbər verir ki, Türkiyənin "Anadolu" agentliyi onu 1999-cu ildən bəri yaşadığı Pensilvaniya ştatındakı yeni evindən çıxarkən lentə alıb.
Onun FETÖ-nün qərargahı kimi tanınan Saylosburq qəsəbəsində yerləşən iqamətgahda qaldığı müəyyən edilib.
Rəsmi məlumata görə, 2008-ci ildə təxminən 12 sot torpaq üzərində tikilmiş evin 400 kvadratmetrə yaxın daxili sahəsi var. Dəyəri təxminən 887 min dollardan 1 milyon dollara qədər olan ev meşədə yerləşir.