Modern.az

Çin ordusu Tayvan ətrafında təlimlərə başladı

Çin ordusu Tayvan ətrafında təlimlərə başladı

Dünya

14 Oktyabr 2024, 07:45

Çin Xalq Azadlıq Ordusu (ÇXAO) Tayvan ətrafında “Birgə qılınc – 2024B” təlimlərinə başlayıb.

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Azadlıq Ordusunun Şərq Bölgəsi Döyüş Komandanlığının rəsmi nümayəndəsi, baş polkovnik Li Si açıqlama verib. Təlimdə quru qoşunları, donanma, hava qüvvələri, raket qüvvələri və digər qoşunlar iştirak edir. Qeyd olunur ki, təlimlər Tayvan boğazında Tayvanın şimal, cənub və şərq hissəsində baş tutacaq. Təlimlər zamanı birgə hücumun məşq edilməsi, adanın liman və ərazilərinin bloklanması və nəzarətə götürülməsi planlaşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış