Modern.az

Türkiyə ordusu Suriyada dörd terrorçunu öldürüb

Türkiyə ordusu Suriyada dörd terrorçunu öldürüb

Dünya

14 Oktyabr 2024, 12:50

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında yeni əməliyyat keçirib.

Modern.az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Suriyanın şimalındakı “Fırat Kalkanı” bölgəsində PKK/YPG terror təşkilatının 4 üzvü öldürülüb.

Nazirlikdən vurğulanıb ki, terrorçulara qarşı mübarizə qətiyyətlə davam edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış