Oktyabrın 14-də Ermənistanın müdafiə naziri Suren Papikyan Fransanın bu ölkədəki səfiri Olivye Dekotinini qəbul edib.
Modern.az xəbər verir ki,bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında bildirilib.
Görüş zamanı müdafiə sahəsində Ermənistan-Fransa əməkdaşlığının cari kursu və gələcək planları ilə bağlı məsələlər, o cümlədən Ermənistan Silahlı Qüvvələrində aparılan islahatlar və onlar çərçivəsində Fransa ilə əməkdaşlıq planları ilə bağlı məsələlər müzakirə edilib. .