Modern.az

"Müxalifət seçki ərəfəsində təxribatlara hazırlaşır" 

"Müxalifət seçki ərəfəsində təxribatlara hazırlaşır" 

Dünya

14 Oktyabr 2024, 16:52

Gürcüstan müxalifəti qarşıdan gələn parlament seçkiləri ilə bağlı təxribatlara hazırlaşır.

 

Modern.az xəbər verir ki, bunu “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının deputatı Rati İonatamişvili bildirib.

 

O qeyd edib ki, hakimiyyət təxribatın həyata keçirilməsinə mane olmaq üçün əlindən gələni edəcək.


“Aydındır ki, müxalifət hansısa təxribatlar təşkil etmək arzusundadır və onlar bu təxribatlar üçün nəinki xəyal qururlar, hətta konkret olaraq bəzi məkrli planlar da hazırlayırlar”, - İonatamişvili jurnalistlərə deyib .

 

Deputatın fikrincə, dövlət onların bu məkrli planlarını zərrə qədər də həyata keçirməsinə heç vaxt imkan verməyəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?