Rusiya ordusu Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan ərazilərin təxminən yarısını azad edib.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, general-mayor Aptı Alaudinov məlumat verib.
“Hazırda biz təsdiq edə bilərik ki, Ukrayna tərəfindən işğal olunmuş ərazilərin təxminən 50%-i artıq azad edilib”, - o, Kursk Dövlət Televiziya və Radio Yayımları Şirkətinə verdiyi açıqlamada bildirib.
Xatırladaq ki, Ukrayna qoşunları avqustun əvvəlində Kursk istiqamətində hücuma başlayıb. Ayın ortasında Kursk hakimiyyəti 28 yaşayış məntəqəsinin Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olduğunu bildirib. Rusiya Müdafiə Nazirliyinin 12 , 16 sentyabr və 9 oktyabr tarixli press-relizlərində 14 yaşayış məntəqəsinin geri alındığını bildirib.