Modern.az

İran mətbuatı istintaqa cəlb edildiyi deyilən generalın görüntülərini yaydı

İran mətbuatı istintaqa cəlb edildiyi deyilən generalın görüntülərini yaydı

15 Oktyabr 2024, 09:50

İran İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı briqada generalı İsmayıl Kaani İsrailin Beyrut hücumunda həlak olan briqada generalı Abbas Nilfuruşanın cənazəsinin qarşılanması mərasimində iştirak edib.

Modern.az xəbər verir ki, bununla bağlı videogörüntüləri İran mətbuatı yayıb.

Briqada generalı Abbas Nilfuruşanın cənazəsi Tehranın Mehrabad hava limanında təşkil edilən mərasimlə qarşılanıb.

Qarşılama mərasimində briqada generalı Kaanini İranın bir çox siyasi və hərbi rəsmiləri və mərhumun  ailəsi müşayiət edib.

Qeyd edək ki, bundan əvvəl xarici mətbuat general İsmayıl Kaaninin “Hizbullah” lideri Həsən Nəsrullahın ölümünə görə istintaqa cəlb edildiyini yazmışdı. İddia olunurdu ki, Kaani “Hizbullah” liderinin yerinin İsrail kəşfiyyatına ötürülməsində şübhəli bilinir.

Lakin İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf briqada generalı İsmayıl Kaani ilə bağlı iddialara münasibət bildirərək, “yayılan şayiələr qərəzli məqsədlə tirajlanan saxta xəbərlərdir. Briqada generalı Kaani vəzifəsini yerinə yetirməkdə davam edir”, -deyə bildirmişdi.

Sentyabrın 27-də Beyrutda İsrailin həyata keçirdiyi hava hücumu nəticəsində “Hizbullah” lideri Həsən Nəsrullahla birlikdə SEPAH komandanının əməliyyatlar üzrə müavini, briqada generalı Abbas Nilfuruşan da öldürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?