Modern.az

"84 yaşında ata olmaq əyləncəlidir"

"84 yaşında ata olmaq əyləncəlidir"

Dünya

16 Oktyabr 2024, 10:24

Dünyaşöhrətli aktyor Al Paçinonun avtobioqrafiyası hazırlanıb.

 

Modern.az-ın məlumatına görə, o, kitaba “Sonny Boy” adını verib.

 

Al Paçino BBC-yə müsahibəsində deyib ki, 83 yaşında dördüncü dəfə ata olması kitabı yazmaq qərarında qismən təsir edib. Onun ötən il anadan olan oğlu indi 16 aylıqdır.

 

Paçino artıq Romanın anası, prodüser Noor Alfallahdan ayrılıb. O, oğlu ilə telefon və internet üzərindən danışdığını bildirib:

 

“O, vaxtaşırı mənə yazır. Onun etdiyi hər şey realdır, hər şey mənə maraqlı görünür. Söhbət edirik. Mən videozəng zamanı qarmon çalıram və beləcə əlaqə saxlayırıq. 84 yaşında ata olmaq əyləncəlidir".

 

1387972

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?