Türkiyənin Malatya vilayətində baş verən zəlzələ nəticəsində xəsarət alanlar var.
Modern.az-ın məlumatına görə, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Malatyada, Şanlıurfada və Elazığda 3 binada qismən çökmə olduğunu bildirib.
Məlumata görə, zəlzələ ilə əlaqədar 112 Təcili Zəng Mərkəzinə ümumilikdə 374 məlumat daxil olub. Bildirilir ki, müxtəlif bölgələrdə ümumilikdə 187 nəfər yaralanıb.
Zəlzələ səbəbindən Malatya, Şanlıurfa, Adıyaman, Batman və Elazığda məktəblər bağlanıb.
Hazırda Malatya, Diyarbəkir, Şanlıurfa, Elazığ, Batman və Tunceli bölgələrində araşdırmalar davam edir.
***
12:12
Türkiyənin Malatya vilayətinin Kale 5.9 bal gücündə zəlzələ baş verib.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, zəlzələ ocağı təxminən 10,07 kilometr dərinlikdə yerləşib.
Zəlzələ Diyarbəkir, Elazığ, Kahramanmaraş, Tokat və Adıyamanda da hiss olunub. Malatya şəhər mərkəzində zəlzələni hiss edən vətəndaşlar küçələrə çıxıblar.
Türkiyənin daxili işlər naziri Əli Yerlikaya zəlzələdən sonra bölgədə araşdırmalara başlandığını bildirib.
Xəlzələ ilə əlaqədar ehtiyat tədbiri olaraq təhsil bir günlük dayandırılıb.
Zəlzələ nəticəsində dağıntı və tələfatın olmadığı bildirilir.