Modern.az

Bəşəriyyətin gələcəyi Çin-ABŞ münasibətlərindən asılıdır

Bəşəriyyətin gələcəyi Çin-ABŞ münasibətlərindən asılıdır

Dünya

16 Oktyabr 2024, 14:24

Çin-ABŞ münasibətləri dünyada ən mühüm əlaqələrdən biridir, iki xalqın rifahı və bütün bəşəriyyətin gələcəyi ondan asılıdır.

Modern.az xəbər verir ki, bu fikri Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin Çin-ABŞ Münasibətləri üzrə Milli Komitənin ənənəvi görüşü iştirakçılarına müraciətində ifadə edib.

“Pekin hər zaman iki ölkə arasında münasibətləri qarşılıqlı hörmət, dinc yaşayış və faydalı əməkdaşlıq prinsiplərinə uyğun qurub”, - deyə müraciətdə bildirilir. Qeyd olunub ki, Pekin hər iki ölkənin iqtisadi uğurlarını faydalı hesab edir və bu istiqamətdə bir-birinə kömək etməli olduğunu düşünür.

“Çin ABŞ-ın tərəfdaşı və dostu olmağa hazırdır və bu, təkcə iki ölkəyə deyil, bütün dünyaya fayda verəcək”, - deyə ÇXR lideri vurğulayıb.

Qeyd edək ki, Çin-ABŞ Münasibətləri üzrə Milli Komitə 1966-cı ildə Birləşmiş Ştatlarda iki ölkə arasında münasibətlərin inkişafında maraqlı olan bir qrup alim, siyasətçi və iş adamı tərəfindən yaradılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?