Oktyabrın 26-da keçiriləcək parlament seçkilərindən sonra hakim “Gürcü arzusu” partiyası prezident Solome Zurabişvilini impiçment yolu ilə texniki cəhətdən istefaya göndərəcək.
Modern.az-ın məlumatına görə, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.
"Bir aydan sonra biz prezidenti impiçment yolu ilə uzaqlaşdıracağıq", - Kobaxidze qeyd edib.
Qeyd edək ki, "Gürcü arzusu" parlament seçkilərində konstitusion çoxluq əldə etməyi hədəfləyir. Hazırda parlamentdə partiyanın daxil olduğu qrupun 84 mandatı var.