Modern.az

Putin Rusiya sərhədçilərini Ermənistan-İran sərhədindən niyə çəkir...

Putin Rusiya sərhədçilərini Ermənistan-İran sərhədindən niyə çəkir...

Dünya

16 Oktyabr 2024, 15:24

MDB dövlət başçılarının Moskvada keçirilən sonuncu sammitində Rusiya və Ermənistan liderləri Vladimir Putin və Nikol Paşinyan arasında bəzi razılaşmalar olub. Belə ki, gələn il yanvarın 1-dən Rusiya sərhədçiləri Ermənistan-İran arasındakı yeganə sərhəd-keçid məntəqəsi olan Meğrini tərk edəcək və onları erməni sərhədçiləri əvəzləyəcək.

Nəzərə alsaq ki, Ermənistan-İran sərhəd-keçid məntəqəsi regional nəqliyyat-kommunikasiya dəhlizi üzərində yerləşir, onda Rusiya sərhədçilərinin geri çəkilməsi maraq doğurur.

Modern.az-ın məlumatına görə, Rusiyanın media-ekspert dairələri Ermənistan-İran sərhədilə bağlı dəyişikliyi geniş kontekstdə nəzərdən keçiriblər.

Rusiya mətbuatında yayılan fikirlərə görə, Moskvanın belə bir mövqeyinə İranın münasibəti təsir edib. Rusiyanın da dəstəklədiyi “Zəngəzur dəhlizi” layihəsinə İranın mənfi münasibət bəslədiyi heç kimə sirr deyil. Tehran bunu özü üçün təhlükə hesab edir. İran rəsmilərinin fikrincə, “Zəngəzur dəhlizi”nin açılması bu ölkənin Ermənistan vasitəsilə Avropaya “qapısını” bağlayacaq və regionl  situasiyada kəskin dəyişiklik yaradacaq.

Qeyd edilir ki, son vaxtlar Rusiya-İran münasibətləri kifayət qədər sıxlaşıb, Moskva ilə Tehran arasında qarşılıqlı asılılıq artıb. Ona görə də Moskvanın İran naminə müəyyən güzəştlərə gedə biləcəyi tamamilə məntiqlidir. Xüsusən də İran bəzən Rusiya ilə münasibətlərində gərginlik anları yaradır. Rusiya üçün isə yanında İran kimi müttəfiqin olması son dərəcə vacibdir.

Ekspertlər deyirlər ki, İran da bəzi məsələlərdə Rusiyaya güzəştə getməklə əvvəlki radikal mövqelərindən geri çəkilə bilər. Lakin bu dəyişikliklərin gedişatına baxsaq, Rusiyanın “Zəngəzur dəhlizi”ni qorumaq və bu ərazidə mövcud olmaq planları Moskva üçün ön planda dayanır.
Rusiyanın son dəyişiklikdə nəyə ümid etdiyi hələlik bəlli deyil.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?