Modern.az

Prokuror sevgilisinin 5 sevgilisini TUTDURDU

Prokuror sevgilisinin 5 sevgilisini TUTDURDU

17 Oktyabr 2024, 11:23

Türkiyənin Zonquldak vilayətinin Çaycuma rayonunda prokuror sevgilisinin keçmişdə birlikdə olduğu şəxsləri həbs edib.

 

Modern.az-ın məlumatına görə, bu barədə Türkiyənin "haberler.com" nəşri yazıb.

 

Saxlanılan şəxslər arasında vəkil və hərbçilərin olduğu bildirilir. Ümumilikdə 5 nəfər həbs edilib.

 

Onlar prokurorun sevgilisinin adına saxta intaqram hesabı açaraq şəxsi məlumatları paylaşmaqda ittiham edilir.

 

Saxlanılan 5 nəfərin kompüterləri və şəxsi əşyaları yoxlanılıb. 

 

Mətbuat adı açıqlanmayan prokurorla əlaqə saxlayıb. "Mən bu məsələ ilə bağlı açıqlama verə bilmərəm, Baş Prokurorumuz məsələni yaxından izləyir. O, açıqlama verə bilər", - prokuror deyib.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?