Oktyabrın 17-də İrəvanda Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının işinin reqlamenti, eləcə də parlamentin Ermənistanın Müstəqillik Bəyannaməsinə dair bəyanat layihəsi üzrə dinləmələr keçirilir.
Modern.az xəbər verir ki, dinləmələr “Ermənistan” müxalifət blokunun parlament fraksiyasının təşəbbüsü ilə çağırılıb.
Dinləmələr müxalifət və hökumətyönlü deputatlar, hökumət nümayəndələri, ekspertlər, hüquqşünaslar, həmçinin “Müqəddəs mübarizə” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyanın iştirakı ilə keçirilir.