Modern.az

HƏMAS-ın yeni lideri öldürülüb? - İsrail ordusu ARAŞDIRIR

HƏMAS-ın yeni lideri öldürülüb? - İsrail ordusu ARAŞDIRIR

Dünya

17 Oktyabr 2024, 17:16

İsrail ordusu Qəzza zolağına endirdiyi zərbələr zamanı HƏMAS-ın 3 üzvü öldürülüb.

 

Modern.az-ın məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

 

Bildirilir ki, İsrail Silahlı Qüvvələri və Baş Təhlükəsizlik öldürülən şəxslərdən birinin HƏMAS lideri Yəhya Sinvar olması ehtimalını araşdırır.

 

"Öldürülən terrorçuların kimliyini hazırda təsdiqləmək mümkün deyil", - ordunun mətbuat xidmətinin açıqlamasında qeyd olunub.

 

Qeyd edək ki, Sinvarın Qəzzanın yeraltı tunellərində gizləndiyi iddia edilib. Mətbuat xidmətindən bildiriblər ki, daha ətraflı məlumat daha sonra dərc olunacaq.


Yəhya Sinvar HƏMAS-ın silahlı qanadının qurucularından biridir. O, 22 ildən çox İsrail həbsxanalarında qalıb və 2011-ci ildə sərbəst buraxılıb. Sinvar bu ilin avqust ayında HƏMAS-ın öldürülən lideri İsmayıl Haniyəni əvəz edib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?