Modern.az

Türkiyədə meşə yanır - Helikopter və təyyarələr cəlb olundu

Türkiyədə meşə yanır - Helikopter və təyyarələr cəlb olundu

Dünya

17 Oktyabr 2024, 17:32

Türkiyənin İzmir vilayətində meşə yanır.

Modern.az “Hürriyət”ə istinadən xəbər verir ki, hadisə Dikili rayonunda qeydə alınıb.

Yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə edilir. Hadisə yerinə 4 təyyarə, 1 helikopter, 14 su tankeri, 4 su təchizatı avadanlığı, 1 dozer və 1 briqada göndərilib.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir.

Hadisənin səbəbi hələ ki məlum deyil.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?