HƏMAS lideri Yəhya Sinvarın ölümü ilkin DNT testi ilə təsdiqlənib.
Modern.az xəbər verir ki, bu barədə "əl-Ərəbiyyə" kanalı məlumat yayıb.
Yerli nəşrlər bildirir ki, Sinvarın kimliyini müəyyən etməyə onun İsraildə həbs cəzası çəkməsi kömək edib.
İsrailin 12-ci telekanalı isə bildirib ki, Sinvarın qətli əvvəlcədən planlaşdırılmayıb. Onun öldürdüyü əməliyyatında xüsusi təyinatlı qüvvələr və paraşüt dəstəsi iştirak edib.
İsrail ordusu bu gün Qəzza zolağında keçirdiyi əməliyyat nəticəsində Yəhya Sinvarın öldürüldüyünü açıqlayıb.
Səudiyyə Ərəbistanının “Asharq al-Awsat” qəzeti adı açıqlanmayan iki HƏMAS mənbəsinə istinadən bildirir ki, Sinvarın ölümü ilə bağlı qruplaşmanın Qəzza daxilində və xaricindəki liderlərinə məlumat verilib.
“Xan Yunisin qəssabı” adlandırılan və 7 oktyabr hücumunun təşkilatıçısı hesab edilən Yəhya Sinvar İsmayıl Haniyənin öldürülməsindən sonra HƏMAS-a liderlik etməyə başlayıb.
İsrail mətbuatında Rəfah şəhərindəki binadan Sinvarın cəsədinin daşındığı əks olunan foto yayılıb. İsrail Baş nazirinin tezliklə açıqlama verəcəyini gözlənilir.