İsrail Müdafiə Qüvvələri HƏMAS lideri Yəhya Sinvarın öldürülməsindən bir neçə dəqiqə əvvəl lentə alındığı iddia edilən video yayımlayıb.
Modern.az xəbər verir ki, video Qəzza zolağının cənubundakı binalardan birində dron vasitəsilə götürülüb.
Videoda dronun uçuq-sökük binaya daxil olduğu və binada üzü bağlı bir kişinin stulda oturduğu görünür. Qolundan yaralanan şəxs əlindəki əsanı drona tərəf atır. Sözügedən şəxsin Sinvar olduğu bildirilir.
Qeyd edək ki, HƏMAS liderinin ötən gün öldürüldüyü elan edilib. KİV-in məlumatına görə, HƏMAS liderinin ölümü ilkin DNT müayinəsi ilə təsdiqlənib. İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, ordu bütün girovlar anklavdan qaytarılana qədər Qəzza zolağında qalacaq.