HƏMAS Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın öldürməsindən sonra təşkilatın xaricdəki nümayəndəliyinin rəhbəri Xalid Məşəl hərəkata rəhbərlik edəcək.
Modern.az xəbər verir ki, bu barədə Livanın LBCI portalı HƏMAS-dakı mənbələrə istinadən yazıb.
İddia edilir ki, Xalid Məşəl hərəkatın müvəqqəti rəhbəri vəzifəsini öz üzərinə götürüb və hazırda girovlarla bağlı danışıqlarda iştirak edən əsas şəxsdir.
Qeyd edək ki, HƏMAS liderinin ötən gün öldürüldüyü elan edilib. KİV-in məlumatına görə, HƏMAS liderinin ölümü ilkin DNT müayinəsi ilə təsdiqlənib. İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, ordu bütün girovlar anklavdan qaytarılana qədər Qəzza zolağında qalacaq.