Baş nazir Nikol Paşinyan oktyabrın 18-də Aram Civanyanın Ermənistanın Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin Hərbi Sənayesi Komitəsinin sədri təyin edilməsi haqqında qərar imzalayıb.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Məlumata görə, Aram Civanyan riyaziyyatçıdır, “Gituzj” təşəbbüsünün üzvüdür, iki ilə yaxın Ermənistan hərbi-sənaye komissiyasının nəzdindəki hərbi-texniki və elmi-texniki şuraya cəlb olunub. O, iri beynəlxalq şirkətlər üçün kriptoqrafik alqoritmlər hazırlayıb, onlarla elmi məqalənin və beynəlxalq patentlərin müəllifi olub.